Dərc edilib: 21-07-2016

https://www.nuh.az/8148-.html

Kılıçdaroğludan Ərdoğanın qərarına MÜNASİBƏT

21.07.2016 17:30:46

Region

Türkiyə müxalifəti dövlət çevrilişi cəhdindən sonra ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan olunması barədə qərarla bağlı mövqeyini açıqlayıb.

 

Report  bildirir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq sənədlə bağlı təşkilat daxilində məsləhətləşmələr aparıldığını və deputatların öz seçimində sərbəst olacağını bildirib:

"Biz demokratiyanın tərəfdarıyıq. Demokratiya üçün də qrup şəklində qərar alnmaz". 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı isə ölkədə fövqəladə vəziyyətin elan edilməsinin məqsədəuyğun və düzgün qərar olduğunu vurğulayıb. 

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım CHP və MHP sədrləri ilə telefon danışığında Türkiyə parlamentində müzakirəyə çıxarılacaq ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan olunması barədə qərara dəstək vermələrini istəyib. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib