Dərc edilib: 27-07-2016

https://www.nuh.az/8163-.html

Şirməmməd Hüseynov reanimasiyadan çıxarılır

27.07.2016 18:32:59

Mədəniyyət

Qəfil səhhəti pisləşən Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində irəliləyiş var. 

Bu barədə AzNews.az-a Ş.Hüseynov yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. Məlumata görə, əməkdar jurnalist xəstəxanaya kəskin ürək ağrıları ilə gətirilib və reanimasiyaya yerləşdirilib. Gətirilən anda onun vəziyyəti ağır olub. Lakin hazırda Hüseynov özünü yaxşı hiss edir və heç bir həyati təhlükəsi yoxdur. 

Bir neçə saatdan sonra əməkdar jurnalist palataya köçürüləcək.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib