Dərc edilib: 29-07-2016

https://www.nuh.az/8170-.html

Vergilər Nazirliyinin yeni binası 33 mərtəbəli olacaq FOTO

29.07.2016 17:24:21

Maraqlı

Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəlidir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.

Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan “SOCAR Tower”i də “Tekfen İnşaat” inşa edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib