Dərc edilib: 04-08-2016

https://www.nuh.az/8196-.html

İcra başçısından şəhidin ruhuna hörmətsizlik - VİDEO

04.08.2016 12:50:20

Siyasət

 

Zərdab rayonu Böyük Dəkkə kəndində aprel ayında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Abdullazadə Nurlan Rasim oğlunun məzarı üstünə asılan bayraq sökülüb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 
Məlumatda bildirlir ki, şəhidin məzarı üzərindən bayrağın açılması göstərişini rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev verib.
Şəhid atası deyir ki, hətta bayrağın açılması üçün onların yaşadıqları yerə polis əməkdaşları da göndərilib.
Maraqlıdır, icra başçısı vətən şəhidə, onun ruhuna, vətən uğrunda canını qurban vermiş qəhrəmanı yetişdirən ailəyə qarşı hansı haqla bu addımı ata bilər?
Lütvəli Babayev yayda soyuq, qışda isti kabinetində oturanda, övladları ölkənin və dünyanın ən gözəl yerlərində istirahət edəndə, özü isə rüşvət almaqdan başı açılmayanda, Nurlan Abdullzadə vətəni qoruyur, torpaq uğrunda canını qurban verirdi.
Qeyd edək ki, Nurlan prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb. Həmin medal şəhidimizin atasına təqdim olunub.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib