Dərc edilib: 06-08-2016

https://www.nuh.az/8201-.html

Dmitri Medvedyevin istefası gündəmə gəldi

06.08.2016 18:43:07

Region

Rusiyada Baş nazir Dmitri Medveryevin istefası tələbi gündəmə gəlib. 

Qaynarinfo.Az rus saytlarına istinadən xəbər verir ki, bu barədə petisiyanı 200 mindən yuxarı adam imzalayıb. Sənədin hökumətə təqdim olunması üçün hələ 99 min 710 səs lazımdır.

Petisiyanın gündəmə gəlməsinə səbəb, Dmitri Medvedyevin müəllimlərə qarşı etinasız çıxışı olub. Baş nazir deyib ki, əgər müəllimlər maaşlarından razı deyillərsə, başqa iş axtara bilərlər. 

Kreml bəyan edib ki, petisyay heç bir reaksiya verməyəcəklər. 

Rus mətbutaı yazır ki, bundan əvvəl də Dmitri Medvedyevin Krımda təqaüdçülərə "pul yoxdur, amma siz möhkəm durun, sizə can sağlığı, yaxşı əhval-ruhiyyə"- deməsi ictimai qınağa səbəb olmuşdu

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib