Dərc edilib: 10-08-2016

https://www.nuh.az/8210-.html

İlham Əliyev Qəbələdə - FOTOLAR

10.08.2016 17:12:32

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gedib.

Qaynarinfo.Az xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Ölkə başçısı daha sonra Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Prezident, həmçinin Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib