Dərc edilib: 14-08-2016

https://www.nuh.az/8227-.html

Türkiyədən Yunanıstana sərt cavab

14.08.2016 23:44:25

Dünya

Türkiyə hakimiyyəti növbəti dəfə Yunanıstanın Türkiyə qoşunlarının Şimali Kiprdən çıxarılması barədə tələbinə etiraz edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiprlə bağlı irəli sürülən tələb Yunanıstanın səmimiliyinə şübhə yaradır.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Kiprlə məsələsi ilə əlaqədar məqsədsiz bəyanatlarına və Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan hüquqi prosesə müdaxilə cəhdinə son qoyacağını gözlədiyini vurğulayıb.

Xatırladaq ki, Yunanıstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, Türkiyənin Şimali Kiprdən ordusunu çıxarması Kipr məsələsinin həlli üçün fundamental şərtdir.

 

  NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib