Dərc edilib: 17-08-2016

https://www.nuh.az/8236-.html

Dünyanın ən yaxşı universitetləri - SİYAHI

17.08.2016 12:07:06

Dünya

Çinin "Jiao Tong" universitetinin nəzdindəki "Shanghai Ranking Consultancy" təşkilatı hər il dərc etdiyi "Dünyanın ən yaxşı 500 universiteti" (Academic Rankning of World Universities) siyahısında İrandan 2, Türkiyədən isə sadəcə bir universitetin adı var.


 Deyerler.org  bildirir ki, "Dünyanın ən yaxşı 500 universiteti" siyahısında ilk onluğun səkkizini ABŞ-dakı universitetlər tutub. ABŞ-ın Harvard universiteti 100 balla birinci yerdə qərar tutub. İlk onluqda 4-cü yerdə İngiltərənin Kembric Universiteti, 7-ci yerdə isə İngiltərənin Oksford Universiteti qərar tutub.

"Dünyanın ən yaxşı 500 universiteti" siyahısında ABŞ-dan 137, Çindən 54, Almaniyadan 38, Böyük Britaniyadan 37, Avstraliyadan 23, Fransadan 22, İtaliyadan 19, Kanadadan 19, Yaponiyadan 16, Hollandiyadan 12, İspaniyadan 12, Cənubi Koreyadan 11, İsveçdən 11 universitet var.

İranın Tehran universiteti və Amirkabir Texnologiya Universiteti Türkiyənin isə İstabul universiteti də "Dünyanın ən yaxşı 500 universiteti" siyahısına daxil edilib.

"Dünyanın ən yaxşı 500 universiteti" siyahısı bəzi qurumlar tərəfindən obyektiv metodlar baxımından təqdir edilsə də, sivilizasiya tarixi və təhsilin keyfiyyətinə əhəmiyyət verməyən, darfikirli, təcrübəsiz araşdırma gücü səbəbilə də tənqid edilir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib