Dərc edilib: 23-08-2016

https://www.nuh.az/8254-.html

Aeroport yolunda dəhşətli qəza: 8 maşın toqquşdu

23.08.2016 12:17:03

Hadisə

Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.
 APA.az  bildirir ki, keçmiş "Komsomol" dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.
 
Körpünün girişində "Mercedes" və "Mitsubishi" markalı avtomobillər, üstündə isə iki "Mercedes" markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes" və bir "Volkswagen" markalı avtomobillər bir-birinə çırpılıb.
 
Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Yolda qısamüddətli tıxac yaranıb.
 
Hazırda ərazidə araşdırma aparılır.
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib