Dərc edilib: 01-09-2016

https://www.nuh.az/8282-.html

Ramil Usubovdan yeni rəis təyinatı

01.09.2016 14:45:14

Hadisə

Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub. 

DİN-in verdiyi məlumata görə, nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov, Yasamal rayon Polis İdarəsinin rəis müavini təyin edilib. Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur. 

Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib. //bizimyol

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib