Dərc edilib: 02-09-2016

https://www.nuh.az/8284-.html

İslam Kərimovun vəziyyəti haqda — rəsmi açıqlama

02.09.2016 12:11:25

Region

Özbəkistan Nazirlər kabineti məlumat yayıb.

Ölkə.Az xəbər verir ki, bir neçə gündür səhhəti ilə bağlı KİV-lərdə ziddiyyətli məlumatlar çıxan İslam Kərimovun vəziyyətinin son dərəcə kritik olduğu bildirilir.

Özbəkistan hökumətindən verilən və ölkənin rəsmi orqanlarında dərc edilən məlumatda prezident Kərimovun vəziyyətinin ağır olduğu qeyd olunur.

"Böyük ürək ağrısı ilə bildiririk ki, keçən gecə ölkə prezidentinin vəziyyəti birdən birə daha da gərginləşib və hazırda o, ağır vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər", deyə Özbəkistan Nazirlər kabinetinin yaydığı açıqlamada deyilir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib