Dərc edilib: 03-09-2016

https://www.nuh.az/8288-.html

Kərimovun sirli həyatı: Yəhudi arvadın gizli oyunu, hasarlar arxasında...

03.09.2016 17:36:20

Maraqlı

Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi. Sovet hakimiyyəti dövründən ölkəni idarə edən Kərimov bir çox sirləri özü ilə bərabər apardısa da, bəzi şeyləri gizlədə bilmədi. İslam Kərimov haqqında iki maraqlı faktı təqdim edirik.
 
İslam Kərimov iki dəfə evli olub. Həyat yoldaşlarının heç biri özbək əsilli deyillər. Birinci həyat yoldaşı Natalya Petrovna Kuçma milliyyətcə yəhudi olub. Natalyanın atası o dövrdə Daşkənd kənd təsərrüfatı maşınqayırma zavoduna rəhbərlik edirdi. Bu evlilikdən İslam Kərimovun Rüstəm adlı oğlu dünyaya gəlib. Hansı ki, Nataliya ərindən boşandıqdan sonra oğlanın adını dəyişərək Pyotr qoyur. İxtisasca iqtisadçı olan Pyotr hazırda Özbəkistanda yaşayır və adi dövlət qulluqçusudur.
Medianın yazdığına görə, İslam Kərimov Nataliyanı buxara yəhudi olduğu üçün boşayıb. Belə ki, şərqdə yaxşı karyera qurmaq üçün başqa regionların nümayəndələri ilə ailə qurmaq daha münasib hesab edilirdi. Buna görə də İ.Kərimov Nataliya ilə boşanıb Fərqanədən qız alır. Onun ikinci həyat yoldaşı Tatyana Kərimov isə milliyyətcə tacik, rus olur.
 
Özbəkistanın sabiq prezidenti İ.Kərimovun bu evlilikdən iki qızı – Lola və Gülnarə dünyaya gəlib. Maraqlıdır ki, İ.Kərimovun Tatyanaya sevgisi də uzun çəkməyib. Ər arvad artıq 10 ildən çoxdur ki, küsülü imişlər. Tatyana yeddi metr hündürlükdə daş hasarla əhatələnmiş malikanədə tək yaşayırmış. Onun haqqında xəbərlər o qədər gizli saxlanılırmış ki, hətta mətbuat bir qədər əvvəl Tatyananın öldüyünü belə iddia edirdi.
Bəzi mənbələrə görə, Tatyana Kərimova illərlə ölkənin idarəçiliyində böyük rol oynayıb. Kadr dəyişiklikləri, iqtisadi, siyası qərarların heç biri onun iştirakı olmadan qəbul edilməyib.
 
Daha bir fakt İ.Kərimovun rəsmi bioqrafiyasında göstərildiyi kimi heç də yetim olmamasıdır. Yaxın qohumlarının xarici jurnalistlərə verdiyi müsahibələrinə görə, o Səmərqənddə normal ailədə böyüyüb. Özündən başqa 6 qardaşı və bir bacısı olub. Ailənin münasibətləri çox yaxın imiş. Lakin 1980-ci ildən başlayaraq İ.Kərimov yetim olması haqqında məlumatlar yaymağa başlayıb. Buna səbəb də qida məhsullarının topdansatış mağazasında satıcı işləyən böyük qardaşı Xurşudun adının  korrupsiyada hallanması olub. Həmin dövrdə Kərimov Dövlət Plan Komissiyasının sədrinin müavini imiş. Vəzifəsinin artırılacağını gözləyirmiş. Qardaşının dələduz olması isə onun işinə yaramırdı. Bu səbəbdən İ.Kərimov əvvəlcə yazılı şəkildə qardaşından imtina edir. 1989-cu ildə o tamamilə ailəsini təkzib edərək, beyinlərə yetim prezident kimi həkk olunur.(Publika.az)
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib