Dərc edilib: 03-09-2016

https://www.nuh.az/8289-.html

Prezident Biləsuvara səfər edib

03.09.2016 17:46:06

Siyasət

Prezident İlham Əliyev Masallıdan sonra Biləsuvar rayonuna səfər edib. Azərtac  xəbər verir ki, dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə İlham Əliyevə məlumat verib.
*  *  *
Prezident Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb. Prezident xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
*  *  *
İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib. Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib