Dərc edilib: 04-09-2016

https://www.nuh.az/8290-.html

Çində G20-nin sammiti öz işinə başlayıb

04.09.2016 14:25:00

İqtisadiyyat

Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

"Report" xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.
G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.
Sammit öz işini sentyabrın 5-də yekunlaşdıracaq.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib