Dərc edilib: 07-09-2016

https://www.nuh.az/8293-.html

Obama ilə Ərdoğan razılığa gəldi

07.09.2016 12:14:46

Region

Türkiyə ABŞ-ın Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır. 

Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən Ankaraya dönərkən təyyarədə jurnalistlərə bildirib.

Dövlət başçısı deyib ki, ABŞ prezidenti Barak Obama Türkiyə ilə birlikdə Raqqa şəhərinin azad edilməsini istədiklərini bildirib: "Bununla bağlı heç bir problem yoxdur. Təklif etdik ki, hərbçilərimiz bir araya gələrək bu məsələni müzakirə etsinlər. Çünki, İŞİD-in əsas mərkəzi Raqqa şəhəridir”.

Qeyd edək ki, İŞİD Raqqa şəhərini “paytaxt” elan edib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib