Dərc edilib: 15-09-2016

https://www.nuh.az/8309-.html

İlham Əliyev sərəncam imzaladı

15.09.2016 18:39:11

İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, sərəncamda deyilir:

“1. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib