Dərc edilib: 16-09-2016

https://www.nuh.az/8310-.html

İlham Əliyev Qırğızıstanda səfərdədir

16.09.2016 18:56:25

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gedib.


"Report"un xəbərinə görə, Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib