Dərc edilib: 19-09-2016

https://www.nuh.az/8317-.html

Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

19.09.2016 12:00:46

Cəmiyyət

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu barədə bu gün BMM-də keçirilən mətbuat konfransında Region TV-nin strateji inkişaf direktoru İsmayıl Həsənov bildirib.

Region TV-nin bazasında qurulan yeni telekanal ARB adlanacaq. 

 İ.Həsənov televiziyanın fəaliyyəti və gələcək planları haqqında danışaraq. yeni telekanalın əsasən mədəniyyət, təhsil, şou, sosial mövzulara üstünlük veriləcəyini, regionların da diqqt mərkəzində saxlanılacağını vurğulayıb.

Daha sonra televiziyanın yeni brend adı altında ilk efiri təqdim olunub. 

 

NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib