Dərc edilib: 22-09-2016

https://www.nuh.az/8327-.html

Bakıda 3 metro stansiyası tikiləcək

22.09.2016 14:53:39

İqtisadiyyat

Bakıda Ağ şəhər ərazisində 3 metro stansiyası tikiləcək. Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Metropolitenin Konseptual inkişaf Sxeminə əsasən "Yaşıl xətt"in davamı olaraq tikilməli olan 3 stansiya həmin əraziyə düşür: "Stansiyalar metronun "Xətai" stansiyası ilə tikilməkdə olan "Həzi Aslanov-2" stansiyaları arasında, Nobel prospekti boyunca olacaq. Stansiyaların şərti adları Y14, Y15 və Y16-dır. Hazırda Y-15 stansiyasında tunel tikintisini həyata keçirmək üçün hazırlıq işləri görülür".
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib