Dərc edilib: 28-09-2016

https://www.nuh.az/8354-.html

İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib

28.09.2016 15:12:33

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

Qaynarinfo.Az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib