Dərc edilib: 30-09-2016

https://www.nuh.az/8361-.html

Dövlət büdcəsi: ayrı-ayrı sahələrə nə qədər vəsait ayrılır?

30.09.2016 11:06:18

İqtisadiyyat

Novator.az 2017-ci ilin dövlət büdcəsindən ayrı-ayrı sahələrə nə qədər vəsait ayrılacağına nəzər salıb.

Büdcə layihəsini sentyabrın 29-da Maliyyə Nazirliyi açıqlayıb. Gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat məbləğində təsdiq etmək nəzərdə tutulur.
Ümumi dövlət xidmətlərinə 2 milyard 997,7 milyon manat ayırmaq planlaşdırılır. Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanmasına 556,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 1 milyard 233,4 milyon manat nəzərdə tutulur.
Büdcənin xərc istiqamətləri üzrə seçmələr:
Sosial müdafiə və sosial təminat – 2 milyard 117,7 milyon manat
Təhsil xərcləri – 1 milyard 859,4 milyon manat
Müdafiə xərcləri ­– 1 milyard 615,3 milyon manat
Səhiyyə xərcləri – 775,7 milyon manat
Elm xərcləri – 125,3 milyon manat.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsinə 513 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 822,9 milyon manat ayırmaq təklif olunur.
Prezidentin ehtiyat fondunda 200 milyon manat olması nəzərdə tutulur.
NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib