Dərc edilib: 30-09-2016

https://www.nuh.az/8362-.html

Baş redaktoru həbs etmək istəyirlər

30.09.2016 16:10:50

Hadisə

Bu gün Yasamal rayon məhkəməsində AR  CM-nin 289.2-ci maddəsi ( məhkəmə  hakiminə hörmətsizlik ) ilə təqsirləndirilən  Azadlıq Partiyası sədrinin siyasi məsələlər üzrə 1-ci müavini, NUH.az saytının baş redaktoru  Kamran Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Hakim Azər  Tağıyevin  sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı  Orxan Mehdiyev  baş redaktorun  4 ay müddətinə  ümumi rejimdə azadlıqdan məhrum edilməsini  istəyib.

Məhkəmə  oktyabrın 3-də  davam etdiriləcək. 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib