Dərc edilib: 01-10-2016

https://www.nuh.az/8368-.html

Papanın Tiflis səfəri başlayıb - Sabah isə Bakıya gəlir

01.10.2016 13:42:46

Dünya

Roma Papası Fransiskin dünəndən etibarən Gürcüstan səfəri başlayıb.

Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, Fransisk səfərinin ilk günü prezindent Georgi Marqvelaşvili ilə görüşüb. Daha sonra Roma Papası ictimaiyyətə, hökumət nümayəndələrinə və diplomatik korpusun nümayəndələrinə müraciətlə nitq söyləyib.


Hazırda isə Papa gürcü katolikləri üçün çox mühüm hadisə olan Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirir.

Sabah səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Məryəm kilsəsində dini ayinlə (messa) başlayacaq. Ardından pontifikin Azərbaycan prezidentiİlham Əliyevlə görüşü planlaşdırılır.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib