Dərc edilib: 02-10-2016

https://www.nuh.az/8372-.html

Fətullah Gülənin qardaşı tutuldu

02.10.2016 18:01:43

LIVE

Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin axtarışda olan qardaşı Qütbəddin Gülən İzmirdə saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, FETÖ araşdırması çərçivəsində "silahlı terror təşkilatı üzvü olmaq" cinayəti üzrə axtarışda olan Qütbəddin Gülənin Gaziemir rayonunda bir qohumunun evində olduğu müəyyən edilib və polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
Qütbəddin Gülən Terrorla Mübarizə İdarəsinə aparılıb.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib