Dərc edilib: 03-10-2016

https://www.nuh.az/8374-.html

Azərsun qiymətləri qaldırdı - SİYAHI

03.10.2016 16:29:42

İqtisadiyyat

«Azersun Holding» bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.

Novosti.az  xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.

Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.

“Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:

- duz;

- un;

- kərə yağı;

- düyü;

- şəkər;

- qənd;

- süd məhsulları.

 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib