Dərc edilib: 06-10-2016

https://www.nuh.az/8389-.html

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidir?

06.10.2016 12:23:09

Maraqlı

Amerikanın "Global Fire Power” araşdırma mərkəzi dünya ən güclü ordularının yeni reytinqini açıqlayıb. 

"Global Fire Power” araşdırma zamanı əsas 50 faktoru nəzərə alıb. Burda müdafiə sahəsinə ayırlan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, ordunun və tankların sayı, eyni zamada maliyyə ehtiyat və s. meyarlar önəm daşıyır.
Siyahıda 126 ölkə yer alıb. 
İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya, İtaliya yer alıb.
Dünyanın ən güclü orduları arasında Azərbaycan da daxil edilib. Ölkəmiz siyahıda 60-cı yerdə qərarlaşıb. Düşmən Ermənistan isə reytinq siyahısında bizdən 34 pillə geridə - 94-cü yerdədir.(ann.az)

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib