Dərc edilib: 06-10-2016

https://www.nuh.az/8390-.html

Prezidentin ailəsi “Əli və Nino” filminin premyerasında

06.10.2016 12:36:45

Hadisə

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin premyerası olub.


Qaynarinfo.Az xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib