Dərc edilib: 06-10-2016

https://www.nuh.az/8391-.html

5 gün iş olmayacaq

06.10.2016 13:51:28

Cəmiyyət

Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.
2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.(report)

 

  NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib