Dərc edilib: 06-10-2016

https://www.nuh.az/8394-.html

Suriya-Türkiyə sərhədində güclü partlayış - 30 ölü

06.10.2016 15:30:59

Dünya

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 30 nəfər həlak olub, çox sayda yaralı var.


Bu barədə "Reuters" xəbər verir.

Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb. Hadisənin təfərrüatları araşdırılır. Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib