Dərc edilib: 07-10-2016

https://www.nuh.az/8400-.html

Daha bir baş redaktor həbs olundu

07.10.2016 12:33:13

Hadisə

“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.

Bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar. 
Ş.Çəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də, yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”. (Missiya.Az)

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib