Dərc edilib: 08-10-2016

https://www.nuh.az/8409-.html

“Mən bura elə-belə gəlməmişəm” - Saakaşvili

08.10.2016 15:01:30

Siyasət

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə bir dəfəlik qayıtmaq fikrindən daşınıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb. Hazırda Odessa vilayətinin qubernatoru olan Saakaşvili bildirib ki, Gürcüstana qayıtmaq niyyətində deyil və Ukraynada işləməyə davam edəcək.

O, “İndi mənim partiyam irəlidədir, həyat yoldaşım Gürcüstanda ən populyar liderlərdən biridir. Düşünürəm ki, sabah bu seçkiləri udmaq üçün çox yaxşı şansları var. Mənim Ukraynaya dair böyük planlarım var, bura elə-belə gəlməmişəm. Mən hansısa qastrolçu deyiləm, ona görə də burada meydanı tərk etməyi düzgün hesab etmirəm”,- deyib.

Siyasətçi seçkiqabağı kampaniya zamanı Gürcüstana getməməsinə də aydınlıq gətirib. O bildirib ki, iqtidar onun gəlişini “zorakılıq hərəkətləri” üçün istifadə edə bilərdi.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib