Dərc edilib: 10-10-2016

https://www.nuh.az/8414-.html

Rusiyalı həmyerlimiz Emin Nağıyev rusdilli əhali üşün konsert verib

10.10.2016 16:43:34

Mədəniyyət

 

Dünən Bakıxanov qəsəbəsində yerləşən “Şah Məkan” əyləncə mərkəzində məşhur şanson mahnılarının, o cümlədən SSRİ, Rusiya və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin mahnılarını ifa edən Rusiyada yaşayan həmyerlimiz Emin Nağıyev Bakının rus dilli əhalisi üçün konsert-tədbir keçiribdir.

 

Tədbirdə Emin Nağıyev rus mahnıları ilə yanaşı, Azərbaycanın vətənpərvər janrında yazılan musiqilərini də ifa edibdir. Xatırladaq ki, müğənni Emin Nağıyev mütəmadi olaraq Azərbaycanın rus dilli əhalisi üçün, o cümlədən, rus, ukrayna, tatar, kazak icmaları üçün bir sıra mədəni tədbirlər həyata keçirir. Onun ən böyük tədbirlərindən biri isə bu ilin 12 iyun tarixində Rusiya günü ilə bağlı verdiyi konsert proqramı olub. Onu da qeyd edək ki, Rusiyada yaşayan həmyerlimiz müğənni Emin Nağıyevlə geniş müsahibəni yaxın günlərdə diqqətinizə çatdıracağıq.

 

NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib