Dərc edilib: 11-10-2016

https://www.nuh.az/8418-.html

670 bal toplayan tələbə intihar etdi - Bakıda dəhşət

11.10.2016 12:13:54

Hadisə

Bakıda dəhşətli intihar hadisəsi baş verib.


” Lent.az    xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncəşəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

H. Abbasovun atası sputnik.az-a açıqlama verib. O, bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. Ata istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

 

 

  NUH.az 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib