Dərc edilib: 11-10-2016

https://www.nuh.az/8421-.html

Məsul şəxs ölkədən qaçıb - Yanan bina ilə bağlı məhkəmə

11.10.2016 14:42:31

LIVE

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"TNH" şirkətində dizayner işləyən Rəşad Quliyev proses iştirakçılarının suallarını cavablandırıb. O, işə qeyri-rəsmi olaraq Fərid Sadıqov tərəfindən götürüldüyünü deyib: "Biz binaların üzlənməsinin vizual görünüşünün bir neçə formada dizaynını hazırlayıb rəhbərliyə təqdim edirdik, son qərarı onlar verirdi. Binalar üzlənərkən dizaynerlər də ərazidə olurdu. Təhlükəsizliyə isə sahə rəisləri, yanğından mühafizə xidmətinin əməkdaşları nəzarət edirdi. Bina divarı ilə üzlük arasındakı məsafəni biz müəyyən etmirdik. Şirkətdə işlərə Məmməd Vəliyev və onun bacısı oğlu Nüsrət Muxtarov nəzarət edirdi, faktiki olaraq isə rəhbər Fərid Sadıqov idi".

Qeyd: M.Vəliyev ölkədən qaçıb, N.Nuxtarov isə təcridxanada vəfat edib.

Digər şahid Məsim Quliyev şirkətin baş mühasibi işlədiyini deyib: "Rəhbər olaraq Məmməd Vəliyevi tanımışam. Sadəcə verilən göstərişləri icra edirdim. Əvvəl də Dövlət Sosial Müdafiə Fondunda vəVergilər Nazirliyində mühasib işləmişəm".

Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.

 

    NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib