Dərc edilib: 12-10-2016

https://www.nuh.az/8423-.html

Ziya Məmmədova daha bir zərbə - O deyil, Cavid Qurbanov seçildi

12.10.2016 13:12:04

İdman

Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib.


Bu barədə "Qafqazinfo"ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O bildirib ki,  bu gün federasiyaya yeni rəhbərin seçilməsi ilə bağlı iclas keçirilib:

"Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov voleybol federasiyasının prezidenti seçilib. İclasda nazir Azad Rəhimov və digər rəsmilər iştirak edib".

Cavid Qurbanovdan əvvəl Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov idi.

Qeyd edək ki, Azərbaycan voleybolunda son zamanlar ciddi problemlər mövcud idi. İstər qadın komandalarının dağılması, istərsə də, kişilərdən ibarət milli üzvlərinin vəziyyəti problemlərin ciddiliyindən xəbər verirdi.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib