Dərc edilib: 12-10-2016

https://www.nuh.az/8424-.html

Hüseynov Avropa Məhkəməsinin hakimi seçildi

12.10.2016 13:28:05

Dünya

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib

 

AzVision.az xəbər verir ki, Lətif Hüseynov səs çoxluğu ilə Azərbaycan üzrə hakim seçilib.

Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Xatırladaq ki, bu vəzifəyə Azərbaycan tərəfindən Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürülmüşdü. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib