Putinin səfərdən imtina etməsinə Fransadan - Reaksiya
Fransa XİN rəhbəri Jan Mark Ero Rusiya prezidenti Putinin Paris səfərindən imtina etməsinə şərh verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir rəsmi Parisin Putinin bu qərarından təəssüfləndiyini deyib:
“Biz Vladimir Putinlə Suriya məsələsini müzakirə etməyə hazır idik. Mən təəssüf edirəm, çünki biz bunu Moskva ilə müzakirə etmək istəyirdik. Mən Moskvaya səfər edərək həmkarım Sergey Lavrovla Suriya böhranı ilə bağlı fikir mübadiləsi aparmışdım. Bizim əsas tələbimiz o idi ki, Rusiya Bəşər Əsəd rejiminə dəstəyi və birgə Hələbin dinc sakinlərini bombardman etməyi dayandırsın. Mən başa düşürəm Putin niyə gəlmədi. Çünki reallıqda onlar Hələbin bombalanmasını daha da gücləndiriblər və Suriyanı müzakirə etmək üçün Parisə səfəri onun üçün əlavə yük ola bilərdi”.
NUH.az