Dərc edilib: 12-10-2016

https://www.nuh.az/8426-.html

Şeyx qan verdi

12.10.2016 13:46:56

Cəmiyyət

Bu gün “Təzəpir” Məscidində Aşura günü ilə əlaqədar  qanvermə aksiyası olub.

Qanverənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da olub.

Qanvermə aksiyasına bir sıra ictimai-siyasi şəxslər də var. Həmin şəxslər arasında dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri olub.

Xatırladaq ki, Səhiyyə Nazirliyi və QMİ Aşura günündə 15 məsciddə qanvermə aksiyası keçirir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib