Dərc edilib: 13-10-2016

https://www.nuh.az/8433-.html

Tramp iki qadına təcavüzdə ittiham edilir

13.10.2016 11:49:58

Dünya

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp barədə qalmaqallı iddia irəli sürülüb.


Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partiya sədri cinsi təcavüzdə ittiham edilir. Belə ki, Cesika Lids və Raçel Kruks adlı iki qadın Trampın onlara təcavüz etdiyini deyib. Lids hadisənin Nyu-Yorka uçuşu zamanı baş verdiyini, Kruks isə 22 yaşı olanda “Trump Tower”də işlədiyi vaxt təcavüzə məruz qaldığını iddia edib. Donald Tramp isə iddiaları rədd edib və hər iki qadını “iyrənc insanlar” adlandırıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib