Dərc edilib: 13-10-2016

https://www.nuh.az/8437-.html

Onun 100 qramı ilə dünyanı satın almaq olar

13.10.2016 17:29:05

Maraqlı

Qramı 62 trilyon dollar olan maddədən 100 qram tapa bilən şəxs bütün dünyanı satın ala bilər.   Dünyanın ən qiymətli maddələrinin siyahısını təqdim edirik.  


1 - Zəfəran:   1 qramı 11.13 dollar olan zəfəran çiçəyi müxtəlif ağrılar və depressiv hallar üçün müalicələrdə istifadə olunur.  

2 - Qızıl:   1 qramı 56.73 dollar hesablanan qızıl bütün dünyada geniş şəkildə yayılan ən qiymətli metallardan biri hesab olunur.  

3 - Radium:   1 qramı 58 dollar olan maddə daha çox avtomobil təchizatında istifadə olunur.  

4 - Platin:   1 qramı 58 dollar olan platin elmi təcrübələr zamanı katalizator rolunu oynayır. Bundan əlavə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanlarda da bu maddəyə rast gəlinir.  

5 - Metamfetamin:   Qramı 100 dollar olan bu maddə əsasən dərmanların tərkibinə qatılır. Yüksək dozalı narkotik təsirə malik olan Metamfetamin asılılıq yaradan xüsusiyyətə malikdir.  

6 - Kərgədan buynuzu:   1 qramı 110 dollardan dəyərləndirilən kərgədan buynuzu tibb sahəsində yanıq və bədən ağrıları üçün istifadə olunur.  

7 - Heroin:   Hazırda 1 qramı 131 dollar olan və dünyanın ən təhlükəli maddələrindən sayılan heroin insan şüurunu dəyişmək gücünə malikdir. "Ağ ölüm” adlandırılan bu maddə insanda çox qısa bir zamanda asılılıq yaradır.  

8 - Kokain:   1 qramı 215 dollar olan bu maddə ən təhlükəli narkotik maddələr arasında yer alıb.  

9 - LSD:   1 qramı 3000 dollar olaraq dəyərləndirilən LSD adı verilən narkotik vasitə güclü şəkildə hallüsinasiya yaratmağa qabildir.  

10 - Plutonium:   Bu maddənin 1 qramı 4000 dollardır. Hərbi məqsədlər və nüvə reaktorları üçün istifadə olan plutonium yüksək dərəcədə zəhərli və xərçəng əmələ gətirən gücə sahibdir.  

11 - Painite:   1 qramı 9000 dollar olan nadir mineral, tərkibində olan dəmir nisbətinə görə bir sıra xəstəliklərin müalcəsində istifadə edilən kristaldır.  

12 - Taaffeite:   1 qramı 2500 - 20.000 dollar arasında dəyişən yasəmən rəngli bu ləl-cəvahirat almazdan daha az tapılan və kifayət qədər bahalı maddədir.  

13 - Tritium:   1 qramı 30.000 dollar civarında olan tritium maddəsindən teatr, məktəb və ofis binalarının çıxışında yazılan EXİT sözündə istifadə olunur.  

14 - Brilyant:   1 qramı 55.000 dollar dəyərləndirilən və ən sərt maddələrdən biri sayılan qiymətli daşın tərkibi saf karbondan ibarətdir.  

15 - Kalifornium 252:   1 qramı 27 milyon dollar olan bu maddə 1950-ci ildə kəşf edilib.  

16 - Antimatter:   1 qramı nə az, nə çox 62 trilyon dollar olan və dünyanın ən bahalı maddəsi sayılan antimatterin kosmos yanacağı olma ehtimalı var. 1 qramı fantastik məbləğdə dəyərləndirilən maddənin 100 qramı qarşılığında bütün dünyanı satın almaq mümkündür.  (axar.az)

 

 

   NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib