Dərc edilib: 15-10-2016

https://www.nuh.az/8445-.html

Kubaya qarşı sanksiyalar yumşaldı

15.10.2016 11:59:08

Dünya

Kubaya qarşı sanksiyaları nisbətən yumşaldıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Maliyyə naziri Ceykob Lyunun sözlərinə görə, iqtisadi, səyahətlər, ticarət, kommersiya, bank xidmətləri, eləcə də telekommunikasiya sahələrinə maneələri aradan qaldırmağa çalışırlar.

O, “Bu addımlar konstruktiv dəyişiklikləri sürətləndirəcək, kubalıların və amerikalıların iqtisadi imkanlarını genişləndirəcək”,- deyib.

Qeyd edilir ki, Maliyyə Nazirliyinin qərarı oktyabrın 17-dən qüvvəyə minəcək.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib