Dərc edilib: 15-10-2016

https://www.nuh.az/8448-.html

Lənkəranın daha bir kəndinə təbii qaz verildi

15.10.2016 13:28:22

Cəmiyyət

Oktyabrın  14-də Lənkəran rayonunun Qumbaşı kəndinə 24 illik fasilədən sonra təbii qaz verilib.


"Qafqazinfo"ya daxil olan məlumata görə, mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Liman inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov bildirib ki, 270 abonenti olan Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17668 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə Qumbaşı kəndinin sakinlərini təbrik edib.

Sonda rəmzi məşəl alovlandırılıb.

 

Lənkəranın daha bir kəndinə təbii qaz verildi

 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib