Dərc edilib: 18-10-2016

https://www.nuh.az/8455-.html

Fikrət Məmmədov hakimi vəzifədən çıxardı - Korrupsiyaya görə

18.10.2016 11:08:12

Kriminal

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.

 

Toplantıda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib