Dərc edilib: 19-10-2016

https://www.nuh.az/8466-.html

Həbsdəki jurnalistə qarşı 3 ittiham irəli sürüldü

19.10.2016 17:33:16

Hadisə

İyulun 3-də saxlanılan JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğluna qarşı yeni maddələrlə ittiham irəli sürülüb.

 

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, F.Fərəməzoğlu müəyyən obyeklərin əxlaqsızlıq yuvası olması barədə məlumatlar yaymaqda və obyekt sahiblərindən şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir.
F.Fərəməzoğlu isə ittihamı qəbul etmir.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib