Dərc edilib: 20-10-2016

https://www.nuh.az/8470-.html

Nazir Masallıya gedir

20.10.2016 11:44:19

Maraqlı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cənub bölgəsində görüş keçirəcək.


Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, oktyabr ayının 24-də saat 11ºº-da Masallı şəhərində Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib