Dərc edilib: 20-10-2016

https://www.nuh.az/8473-.html

İcra başçısının polkovnik qardaşı vəfat etdi

20.10.2016 15:43:44

Hadisə

" "Report"   xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.


Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib