Dərc edilib: 21-10-2016

https://www.nuh.az/8477-.html

Minsk qrupunun fransalı həmsədri dəyişdi - Olland sərəncam verdi

21.10.2016 12:29:40

Dünya
ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişib.

Qafqazinfo” xəbər verir ki, prezident Fransua Ollandın sərəncamı ilə bundan sonra həmsədrlik vəzifəsinin icrasını diplomat Stefan Viskonti həyata keçirəcək.

Viskonti bu yaxınlarda Fransanın Latviyadakı səfiri postunu tərk edib. Daha əvvəl bu ölkənin Sank-Peterburqdakı baş konsulu olub. 

Qeyd edək ki, əvvəlki həmsədr Pyer Andryu bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib