Dərc edilib: 21-10-2016

https://www.nuh.az/8478-.html

Hər gün 5 alma çəyirdəyi yeyin - Faydaları

21.10.2016 12:38:08

Maraqlı

Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində nadir faydalı maddələr var.


 Saglamolun.az-ın  məlumatına görə, bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqlar (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Məsələ burasındadır ki, onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.

Alma çəyirdəklərin faydaları:

- Alma çəyirdəklərinin tərkibində nadir xərçəngəleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.

- Bu çəyirdəklər yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.

- Alma çəyirdəkləri kaliumla da zəngindir. Kalium ürək-damar sistemi üçün ən vacib olan mineraldır.

- Onların tərkibində fol turşusu var. Bu turşu qanın tərkibini yaxşılaşdırır.

- Alma çəyirdəkləri dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib