Dərc edilib: 24-10-2016

https://www.nuh.az/8490-.html

Əli Həsənov vitse-prezident olacaq

24.10.2016 13:47:43

Siyasət

 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi nəticəsində  Azərbaycan Respublikasının Konstitusiyasında mühüm dəyişikliklər edildi.

Müstəqilliyinin  25 ilini qeyd edən ölkəmizdə ilk dəfə olaraq  vitse-prezident  institutu  təsis olundu.

Vitse-prezidentlərin kimlər olacağı  cəmiyyət tərəfindən maraqla  gözlənilir. Hətta  bu məsələ ölkə mediasında ciddi müzakirə olunur, müxtəlif  şəxslərin adları çəkilir.

NUH.az-ın apardığı araşdırma nəticəsində bəlli olub ki, vitse-prezident  vəzifəsinə ən real namizədlərdən biri də dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovdur.  Əlbəttə  son söz dövlət başçısı İlham Əliyev cənablarınındır.

 

  NUH.az

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib