Dərc edilib: 24-10-2016

https://www.nuh.az/8498-.html

Nazir Tovuza gedir - Qəbul

24.10.2016 18:44:46

Maraqlı

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla oktyabrın 27-də nəzərdə tutulmuş görüşünün tarixi dəyişdirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüş noyabrın 3-də saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət etmələri xahiş olunur.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib